Piylənirik... - Azərbaycanda hər iki adamdan biri artıq çəkidən əziyyət çəkir
24 May 2023
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa ofisi region ölkələrində artıq çəki problemi barədə araşdırma aparıb. Nəticədə "Avropa Piylənmə (Obezite) hesabatı 2022" adlı sənəd yayımlanıb. Araşdırmaya Avropa ölkələri ilə yanaşı, Mərkəzi Asiyada yerləşən ölkələr də daxildir.
Tədqiqatın nəticə göstərir ki, son 50 ildə regionda artıq çəki problemi çoxalıb. Regionda artıq çəkidən və ya piylənmədən əziyyət çəkənlərin göstəricisi 1975-ci ildə 40 faizmiş. İndi bu rəqəm 58.7 faizə yüksəlib. Şişmanlıqdan əziyyət çəkənlərin göstərici kişilərdə 63 faiz, qadınlar arasında 54 faizdir. Belə rəqəmlər ÜST-ü bu fikrə gətirib ki, Avropa regionunda artıq çəki problemi artıq epidemiya qədər ciddi problemə çevrilib və bunun önünün kəsilməsindən ötrü təcili addımlar atılmalıdır. "Bədən kütlə indeksi"nin yüksək olması bir çox xəstəlik törədir. "Bədən kütlə indeksi" insanın bədən çəkisinin onun boyuna uyğun olmasını qiymətləndirən göstəricidir. Bu indeks 25-i ötdükdə şəxsin artıq çəkidən, 30-u ötdükdə isə piylənmədən əziyyət çəkdiyi sanılır.
Araşdırma nəticəsində insanların sosial-iqtisadi durumunun artıq çəki məsələsinə də təsir etdiyi üzə çıxıb. Daha aşağı təhsilli əhali qrupu daha təhsilli əhali qrupu ilə müqayisədə artıq çəkidən daha çox əziyyət çəkir.
ÜST koronavirus pandemiyasının da şişmanlıq problemləri olanların sayca artmasına təsir göstərdiyini düşünür. Qapanma ilə bağlı qərarlar insanların daha çox oturaq həyat tərzi yaşamasına və sağlam olmayan qidalara yönəlməsinə yol açıb.
ÜST araşdırdığı 53 ölkə arasında artıq çəkidən əziyyət çəkənlərin ən yüksək göstəricisi Türkiyədə qeydə alınıb. Burada yetişkin əhalinin 66.8 faizinin artıq çəki problemi var. Bu, region üzrə qeydə alınan orta göstəricidən 10 faiz yüksək rəqəmdir. Türkiyədə qadınlar arasında artıq çəki problemi daha yüksək – 69 faizdir. Ölkədə əhalinin 32.4 faizi piylənmədən əziyyət çəkir. Malta (66.4 faiz), İsrail (64.3 faiz) və Böyük Britaniya da (63.7 faiz) regionda ən çox artıq çəki problemi yaşanan ölkələr arasındadır.
Regionda artıq çəki probleminin ən az olduğu ölkələr Mərkəzi Asiya ölkələridir. Bu baxımdan, ən aşağı göstəricinin qeydə alındığı Tacikistanda əhalinin 45 faizi köklükdən əziyyət çəkir. Özbəkistanda eyni göstərici 48.2 faiz, Qırğızıstanda 48.3 faizdir. Digər ölkələrin heç birində bu rəqəm 50 faizdən az olmayıb.
ÜST-ün araşdırmasına görə, Azərbaycanda yetişkin əhalinin 53.6 faizi artıq çəkidən əziyyət çəkir. Bu, region üzrə ortalama göstəricidən (58.7 faiz) aşağı rəqəmdir. Azərbaycanda qadınlar arasında artıq çəki problemi olanların payı 54.1 faiz, kişilər arasında 52.9 faizdir. Azərbaycan araşdırmanın əhatə etdiyi 53 ölkə arasında artıq çəkili əhali payının ən az olduğu ilk 10 ölkədən biridir. Azərbaycan artıq çəkili əhali göstəricisinə görə yalnız dörd Mərkəzi Asiya ölkəsindən, Bosniya və Herseqovinadan və Moldovadan öndədir. Burada yetişkin əhalinin 19.9 faizi piylənmədən şikayətlənir. Bu göstərici ilə Azərbaycan piylənmə faizinin 20-dən az olduğu 10 ölkədən biridir. Piylənmə problemi qadınlar arasında (23.6 faiz) kişilərə (15.8 faiz) nisbətən daha çoxdur. Artıq çəki problemi qadınlar arasında daha yüksək olsa da, uşaqlar arasında oğlanlar qızları üstələyir. Azərbaycanda 5-9 yaşlarındakı uşaqların 6.7 faizi piylənmədən əziyyət çəkir. Oğlan uşaqları arasında bu göstərici 7.4 faiz, qız uşaqları arasında 5.8 faizdir.
Hesabatda bildirilir ki, piylənmə və artıq çəki problemi, ən azı, 13 fərqli xərçəng növünü gəlişdirə bilir. Piylənmə hər il dünyada 200 min adamı xərçəngə düçar edir. Qurumun araşdırmasına görə, Avropa regionunda hər il 1 milyon 200 min ölüm halı məhz artıq çəki problemindən qaynaqlanır. ÜST bütün bunları nəzərə alaraq, hökumətləri artıq çəki və piylənməyə qarşı addımlar atmağa çağırıb. Bu addımlar tövsiyə edilir:
- Şəkərli içkilərə tətbiq edilən vergilər artırılsın;
- Tərkibində zərərli maddələr olan məhsulların uşaqları hədəfləyən reklamı qısıtlansın;
- Sağlamlığa faydalı məhsullara subsidiya ayrılsın.

Artıq çəkidən ən çox əziyyət çəkilən ölkələr

Azərbaycanda durum necədir?

Nələr edilə bilər?