Logo
news content
User
Kateqoriyalar

Xəbər

Peskov: 30 günlük atəşkəs təklifini nəzərdən keçirəcəyik

Rusiya Ukraynada 30 günlük atəşkəs təklifini nəzərdən keçirəcək.

“TASS” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “CNN“ telekanalına açıqlamasında bildirib.

“Bunu düşünməliyik. Bu, hadisələrin yeni inkişaf mərhələsidir. Bizim öz mövqeyimiz var,” – deyə Peskov qeyd edib.

O, əlavə edib ki, bir neçə gün əvvəl Prezident Vladimir Putin 3 günlük atəşkəs elan edib.

“Siz Kiyevdən hər hansı cavabın şahidi oldunuzmu? Xeyr. Biz də şahidi olmadıq. Kiyevin atəş təklifinə cavab verməməsinə görə ona ünvanlanan hər hansı tənqidlər oldumu? Yenə də yox,” – Kreml sözçüsü vurğulayıb.