Pentaqon təkzib etdi: Rusiya Baxmutu tam ələ keçirməyib
24 May 2023
ABŞ Müdafiə Nazirliyi Rusiyanın həqiqətən də Donetsk vilayətindəki Baxmut şəhərini tamamilə ələ keçirib-keçirməməsi ilə bağlı öz qiymətləndirməsini açıqlamayacaq, lakin etiraf edir ki, Rusiya qüvvələri onun böyük bir hissəsinə nəzarət edir.
Bu barədə Pentaqonun sözçüsü Patrik Rayder brifinqdə bildirib.
“Biz bilirik ki, Rusiya Baxmut və onun ətraf ərazilərinin əhəmiyyətli bir hissəsini tutur, lakin bizim qiymətləndirməmizə görə, ukraynalılar Baxmut yaxınlığında hərbi əməliyyatları davam etdirirlər”, - o, Rusiyanın şəhərə nəzarət edib-etməməsi ilə bağlı sualı cavablandırarkən deyib.
Xatırladaq ki, mayın 21-nə keçən gecə Rusiya Müdafiə Nazirliyi aylarla qızğın döyüşlərin davam etdiyi Baxmut uğrunda döyüşlərin guya uğurla başa çatdığını açıqlayıb.
Ukrayna tərəfi isə ordunun Baxmutun bir hissəsinə nəzarəti davam etdirdiyini iddia edir.
Belə ki, Ukrayna Silahlı Qüvvələrinin Şərq Qüvvələri Qrupunun nümayəndəsi Sergiy Çerevatı deyib ki, Baxmut, əslində, Rusiya qoşunlarının zərbələri nəticəsində tamamilə məhv edilib, lakin Müdafiə Qüvvələri şəhərin cənub-qərb hissəsində mövqelərini saxlamaqda davam edirlər.
Eyni zamanda, mayın 21-də ABŞ Prezidenti Cozef Bayden Rusiyanın Ukraynanın Baxmut şəhəri uğrunda döyüşlərdəki itkilərinin 100 min nəfərdən çox olduğunu irəli sürüb.