Pentaqon rəhbəri: Müharibə danışıqla başa çatacaq, dönüş nöqtəsi qoşunların çıxarılması olacaq
24 Fevral 2023
ABŞ müdafiə naziri Lloyd Ostin Rusiyanın Ukraynaya qarşı müharibəsinin danışıqlarla başa çatacağını, bunun başlanğıc nöqtəsinin qoşunların çıxarılması olacağını bildirib.
Pressklub.az xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, sonda müharibə hansısa danışıqlarla yekunlaşacaq.
Ostin qeyd edib ki, ukraynalılar Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasında maraqlıdırlar.
"Mən düşünürəm ki, bu, yəqin ki, onların başlanğıc nöqtəsi olacaq. Lakin mən ukraynalıların özlərinin öz sözünü deməyinin tərəfdarıyam", - Pentaqon rəhbəri bildirib.
O, həmçinin qeyd edib ki, Çin hələ də Rusiyaya mümkün silah ötürülməsi məsələsini gündəmdən çıxarmayıb.
“Mən əvvəlcədən (çinli - red.) həmkarımla əlaqə saxladım və ona dedim ki, Çin bunu etsə, çox ciddi səhv olar. Bu, işləri çətinləşdirəcək”, - Ostin bildirib.