Paşinyanın oğlunu oğurlamağa cəhd edən qadına hökm oxundu
09 İyun 2023
Məhkəmə Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşotu qaçırmağa cəhddə təqsirləndirilən Qayane Akopyana hökm oxuyub.
Məhkəmə Qayana Akopyanı cinayət işində təqsirli bilərək ona bir il sınaq müddəti olmaqla dörd il şərti cəza kəsib.
Xatırladaq ki, mayın 17-də Ermənistan baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanmasına cəhd edilib. “Oğulların çağırışı” adlı ictimai təşkilatın nümayəndələri Aşot Paşinyanı zorla maşınlarına mindirmişdilər, amma avtomobilin yolda bir anlıq dayanmasından istifadə edən Aşot Paşinyan maşından düşüb qaça bilmişdi.