Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyanın müavini: “Azərbaycandan delimitasiya ilə bağlı müsbət cavab almışıq”

“Ermənistan Azərbaycan tərəfdən sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi ilə bağlı müsbət cavab alıb”.

Bu sözləri Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan jusnalistlərin suallarına cavab verərkən söyləyib.

Lakin Mqer Qriqoryan iclasın konkret nə zaman baş tutacağını qeyd etməyib:

“Danışıqların tarixi və baş tutacağı yerlə bağlı dəqiq məlumat hələlik yoxdur, amma düşünürəm ki, bu, yaxın vaxtlarda baş verəcək. Həmçinin, İrəvan və Bakı Arazdəyən-Horadiz dəmiryolunun işə salınması ilə bağlı yekun konsensus əldə ediblər”.