Paşinyanın "9 noyabr nağılları"
20 İyun 2023
Ermənistanın baş naziri Nikol Paşinyan 44 gün davam edən İkinci Qarabağ müharibəsinin araşdırılması üzrə komissiyanın iclasında çıxış edib.
Paşinyan komissiyanın iclasında müharibənin başlama səbəbləri, ordunun vəziyyəti, müharibənin gedişatı, Üçtərəfli Bəyanat, diplomatik cəhdlər və s. toxunub, ona ünvanlanan sualları cavablandırıb. Amma sözsüz ki, bütün cavablar, bəhanələr özünü təmizə çıxarmağa, qarşı tərəfi ittiham etməyə yönəlib.
Baş nazir Nikol Paşinyan Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatını noyabrın 9-u səhər imzaladığını bildirib.
O, qeyd edib ki, Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Üçtərəfli bəyanat üzrə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin danışıqları 6 noyabr 2020-ci ildə başlayıb.
“Mən üçtərəfli Bəyanatı niyə imzaladım və müharibə niyə məhz noyabrın 9-da dayandı sualına cavab vermək istərdim. Təbii ki, əsas məsələ Şuşanın süqutu idi və bu, təkcə Şuşanın simvolik mənası ilə bağlı deyil, həm də strateji əhəmiyyəti ilə bağlı idi. Şuşanın süqutundan sonra Xankəndi hücuma məruz qalacaq, Xocavəndə təzyiqlər artacaq, ən əsası isə 25 minə yaxın əsgər mühasirəyə düşmək təhlükəsi altında qalacaqdı. Bu barədə əvvəllər də danışmışam.
Xüsusilə qeyd etməliyəm ki, bu, bizim müharibəni dayandırmaq üçün beşinci cəhdimiz idi” – deyə, Paşinyan vurğulayıb.
Ermənistan baş naziri bəyanatı noyabrın 9-da səhər imzaladığını, amma bu barədə ancaq axşam xəbər verildiyini deyib: “Mən əslində noyabrın 8-dən 9-na keçən gecə o sənədi imzaladım. Sonradan məlum oldu ki, Azərbaycan bu sənədi imzalamır və daim yeni tələblər irəli sürür. Rusiya Prezidenti deyəndə ki, Azərbaycan Tavuş vilayətindəki anklavların qaytarılması ilə bağlı bəndin bəyanata əlavə olunmasını təklif edir, mən bundan imtina etdim və belə bir sənədin imzalanmasını istisna etdiyimi rəsmən bəyan etdim”.
Ermənistan hökumətinin başçısı vurğulayıb ki, bir müddət sonra məlum oldu ki, bu bəndin oraya daxil edilməməsi ilə bağlı razılıq əldə olunub.
Paşinyanın sözlərinə görə, gecə yarısına yaxın (noyabrın 9-dan 10-a keçən gecə-red.) hərbi əməliyyatların intensivliyi artıb, həmçinin Xankəndi səmasında çoxlu sayda pilotsuz uçuş aparatlarının olması barədə xəbərlər yayılıb. Paşinyan əlavə edib ki, mürəkkəb və uzun sürən müzakirələrdən sonra məlum sənədi imzalayıb: “Sənədin son versiyası 9 noyabr səhəri təklif olunan variantdan pis olsa da, Mehri vasitəsilə Azərbaycana dəhliz verilməsi və ya Tavuş vilayətindəki sovet anklavlarının təhvil verilməsini təklif edən variantdan daha yaxşı oldu”.
Paşinyan bildirib ki, müharibə başlayandan sonra onun dayandırılması üçün bir neçə dəfə cəhd olunub: “Oktyabrın 1-də günortadan sonra mənim Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığım oldu və o, Rusiyanın illər əvvəl işləyib hazırladığı plan əsasında müharibələri dayandırmağa cəhd etməyin mümkün olduğunu təsdiq etdi. Və şərtlər belə idi:
- 5+2 düsturuna əsasən 7 rayon geri qaytarılır
- Dağlıq Qarabağla Ermənistan arasında Laçın dəhlizi boyunca kommunikasiyanın təmin edilməsi məsələsi həll olunur
- Rusiya sülhməramlıları Dağlıq Qarabağda yerləşdirilir
- Dağlıq Qarabağın statusu qeyri-müəyyən olaraq qalır
Putinlə razılaşdıq ki, axşam öz mövqeyimizi bildirəcəyəm. Günün ikinci yarısında parlamentdənkənar müxalifət nümayəndələri ilə görüşdüm.
Daha sonra prezidentin, katolikosun və parlament qüvvələrinin nümayəndələrinin iştirakı ilə Təhlükəsizlik Şurası çağırıldı. Bu zaman mən zəng edib Putinin təklifini qəbul etdiyimi bildirmək fikrində olduğumu dedim.
Eyni zamanda dedim ki, mən orada olanlardan kiminsə bu qərara görə məsuliyyəti mənimlə bölüşəcəyini gözləmirəm, sadəcə olaraq onlara gedən proseslər barədə məlumat verdim. Parlamentdənkənar qüvvələrlə görüşdə dedim ki, mən onları dəvət etmişəm. Düşünürəm ki, onlara məlumat verməklə mən də ictimaiyyəti məlumatlandırıram, çünki canlı yayımda insanlara hər şeyi deyə bilmərəm.
Axşam Putinə zəng edib dedim ki, bu şərtlərlə müharibəni dayandırmağa razıyam. Rusiya prezidenti dedi ki, İlham Əliyevlə danışacaq, mənə zəng edəcək. O zaman 2 rayon praktiki olaraq Azərbaycanın nəzarətində idi. Ertəsi gün, oktyabrın 20-də səhər saatlarında Putin zəng edərək dedi:
Azərbaycan 7 rayonun hamısını alarsa, müharibəni dayandırmağa razıdır. Və yeni bir tələb var:
Azərbaycan, Şuşanın şəhər əhalisinin 90 faizini təşkil edən azərbaycanlı sakinlərinin Şuşaya qaytarılmasına zəmanət almaq istəyir.
Rusiya üçün bu, məqbul həll idi, çünki onlar deyirdilər ki, uzun illər əvvəl müzakirə olunan münaqişənin həlli planında həmişə qaçqın və köçkünlərin Dağlıq Qarabağa qayıtması ilə bağlı bənd daxil edilib.
Bu bənd ortaya çıxanda soruşdum ki, Azərbaycanın fikrincə, bu təminatlar necə olmalıdır?
Və məlum oldu ki, mən bəyan etməliyəm ki, azərbaycanlıların Şuşaya və Dağlıq Qarabağın digər yaşayış məntəqələrinə qayıtmasına razıyam. Putin təklif edib ki, bu məsələ Dağlıq Qarabağın statusu ilə bağlı qalsın.
Yəni azərbaycanlıların Dağlıq Qarabağa qayıtması statusun müzakirəsi kontekstində müzakirə olunur.
Razılaşdım, lakin Azərbaycan statusla bağlı heç nəyi müzakirə etmək fikrində olmadığını bildirərək bu təklifi rədd etdi. Üstəlik, indiki təklifə görə, təkcə Şuşa azərbaycanlılarının deyil, bütün rayonların azərbaycanlılarının Şuşaya birbaşa və maneəsiz çıxışı olmalıdır”.
Onun iddiasına görə, növbəti söhbət oktyabrın 8-də olub və Putin bildirib ki, Azərbaycan oktyabrın 10-u gecədən atəşkəs rejiminin yaradılmasına razılaşıb. Bunu müzakirə etmək üçün XİN rəhbəri oktyabrın 9-da müzakirə üçün Moskvaya dəvət olunub. Paşinyan əsirlər və ölənlərin cəsədlərinin də dəyişdirilməsi ilə razılaşdığını deyir.
“Oktyabrın 9-da xarici işlər nazirləri arasında üçtərəfli danışıqlar Moskvada başlaydı və 10-na keçən gecə başa çatdı. Bundan sonra tərəflərin razılığa gəldiyi açıqlanan bəyanat qəbul edildi:
- 10 oktyabr saat 12:00-dan humanitar atəşkəs
- Atəşkəs parametrləri daha sonra dəqiqləşdiriləcək
- Tərəflər ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə fundamental prinsiplərə əsaslanan nizamlanma, sülh yolu ilə nizamlanmaya tezliklə nail olmaq üçün substantiv danışıqlara başlayır
- Tərəflər danışıqlar formatının dəyişməzliyini müəyyən edirlər
Bu, bizim üçün məqbul idi və mən Müdafiə Nazirliyinə və Baş Qərargaha atəşkəs rejiminin saxlanması barədə göstəriş verdim. Lakin kiçik fasilələrdən sonra Azərbaycan hücumlarını artırdı, onları artıq keçmiş DQMV ərazisinə keçirdi, Xankəndinə, Ağdərəyə raket zərbələri endirdi, Hadruta hücum etdi. Təbii ki, qoşunlara təcavüzü dayandırmaq üçün hər şeyi etmək əmri verildi. Amma eyni zamanda Moskva razılaşmalarına uyğun olaraq atəşkəsin yaradılması və saxlanması üçün diplomatik səylər göstərildi.
Təmas xəttinin hər iki tərəfində Rusiya hərbi müşahidəçilərinin yerləşdirilməsi imkanları nəzərdən keçirilsə də, Azərbaycan belə qərarlardan yayınıb”.
Paşinyan iddia edib ki, üçüncü atəşkəs cəhdi oktyabrın 13-də olub və bunun baş tutmamasında İlham Əliyevi ittiham edərək, Azərbaycan prezidentinin humanitar atəşkəs təklif etdiyini, amma hərbi əməliyyatlara son qoymadığını deyib.
“Daha sonra o, Putin vasitəsilə Ermənistan tərəfindən Füzulini döyüşsüz təslim etməyi və qoşunları Xudafərin su anbarına çıxararaq, onu Azərbaycanın nəzarətinə keçirməyi tələb etdi. Mən imtina etdim.
Çünki Azərbaycanın geri çəkilən qoşunları atəşə tutmayacağına zəmanət yox idi. Dedim ki, su anbarından birgə istifadə mümkündür. Daha sonra Azərbaycan Şahbaz Quliyevlə Dilqəm Əsgərovun qaytarılması müqabilində hərbi əsirlərin dəyişdirilməsini təklif etdi. Amma say demədilər. Mən də dedim ki, bizə nə qədər əsir qaytaracağını deyin, biz də Əsgərovla Quliyevi qaytaraq.
Daha sonra əlavə etdim ki, Füzulinin döyüşsüz verilməsi qəbuledilməzdir. Amma humanitar atəşkəsi tam qəbul edirik”.
Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibə zamanı Rusiya Prezidenti Vladimir Putinlə 60 dəfə telefonla danışıb.
Ermənistan baş naziri xəyali “qırmızı xətləri” barədə də danışıb: "Mənim üçün qırmızı xətt Şuşa və sülhməramlıların Meğriyə yeridilməsi idi".
Paşinyan ifadəsi zamanı "Dağlıq Qarabağın "prezident"i Arayik Arutyunyanı da müdafiə etməyə cəhd edib. O, deyib ki, məhz Arutyunyan Azərbaycan əsgərlərinin Zarıslıda erməni müdafiəsini yarıb Laçın-Şuşa yoluna çıxdığı barədə xəbər verib.
“Lakin Baş Qərargah nəinki bunu təsdiq etdi, əksinə təkzib edib. Belə hal müharibə zamanı dəfələrlə olub. Baş Qərargah "Artsax" rəhbərinin məlumatının doğru olduğunu etiraf etdikdən sonra Şuşanın süqutu başladı".
Pressklub

O, təkcə noyabrın 8-9-da Putinlə 20 dəfə telefonla danışdığını deyib.