Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyandan Türkiyə və Azərbaycana dair mühüm açıqlamalar

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə və Azərbaycanla münasibətlərin perspektibi ilə bağlı diqqət çəkən açıqlamalar verib. Baş nazir yanvarın 10-da keçirdiyi mətbuat konfransında Azərbaycanın digər hissəsini Naxçıvanla birləşdirən yolun açılmasının vacibliyini bildirib: “Ermənistan-Türkiyə sərhədinin və dəmir yolunun açılması qlobal əhəmiyyət kəsb edir. Həmçinin Azərbaycanın digər hissəsi ilə Naxçıvan, İranla Azərbaycan, Ermənistanla Rusiya arasında əlaqələrin bərpası vacibdir”.

Qeyd edək ki, 44 günlük müharibədən sonra Naxçıvana yolun açılması ilə bağlı prinsipial razılıq əldə olunsa da, Ermənistanla Azərbaycanın mövqeləri arasında ciddi fərqlər var. Ermənistan bu kommunikasiyanın gömrük-keçid məntəqəsi ilə tənzimlənən yol ola biləcəyini bildirir. Azərbaycan isə 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata istinad edərək, bəyanatın mətnində göstərilməsə də, Zəngəzur dəhlizinin açılması barədə şifahi razılıq əldə olunduğunu bildirir. Ötən iki il ərzində danışıqlarda bu məsələ əsas mübahisə mövzularından biri olub. Baş nazirin bu açıqlaması son aylarda dalana dirənmiş prosesin yenidən aktuallaşa biləcəyindən xəbər verir.

Paşinyan həmçinin bildirib ki, prosesin dinamikasını təmin etmək üçün konkret addımlar da atılmalıdır: “Xüsusi nümayəndələrin işinin davam etməsi, Prezident Rəcəb Tayyib Ərdoğanla birbaşa danışıqlar vacibdir. Ümid edirəm ki, yaxın gələcəkdə sərhəd üçüncü ölkə vətəndaşları üçün açılacaq”.

Hökumət başçısı söyləyib ki, Türkiyə ilə sərhədlərin açılması ilə təkcə danışıqlar aparılmamalı, konkret addımlar atılmalıdır.

Press Klub