Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyandan Arutyunyana: "Azərbaycana inteqrasiya olmaq lazımdır"

Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası ilə bağlı yeni məlumat var.

Pressklub.az Ermənistan KİV-nə istinadla xəbər verir ki, inteqrasiya ilə bağlı bu dəfə baş nazir Nikol Paşinyan danışıb.

Erməni KİV-i öz mənbələrinə istinadən bildirir ki, Ermənistanın baş naziri separatçıların “prezidenti” Araik Arutyunyanla telefon danışığında Qarabağ ermənilərinin Azərbaycana inteqrasiya etməli olduğunu deyib. O, həmçinin bildirib ki, Qərb bu halda ermənilərə Azərbaycanın tərkibində hansısa status verilməsinə nail olmağa söz verib.

Paşinyanın sözlərinə görə, Ermənistan separatçılara ancaq pulla kömək edə bilər və Arutyunyan bundan artığına bel bağlamamalıdır. Baş nazir separatçıları Bakı ilə dil tapmağa çağırıb.

Arutyunyan isə hələ də bunun əleyhinədir.