Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan Tbilisidə Kobaxidze ilə görüşüb

Gürcüstanda səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan gürcü həmkarı İrakli Kobaxidze ilə görüşüb.

Məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb.

Bildirilib ki, tərəflər təkbətək görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərini və ikitərəfli münasibətlərin inkişafının müsbət dinamikasını müzakirə ediblər.

“Söhbət zamanı həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığın xüsusi əhəmiyyəti vurğulanıb və regionda sülh və sabitliyin təmin edilməsində birgə səylərin rolu qeyd edilib”, - məlumatda qeyd edilib.