Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan: "Sülh müqaviləsi ilə bağlı Azərbaycana yeni təkliflər paketi təqdim etmişik"

“Ermənistan iki ölkə arasında sülh sazişinin imzalanması ilə bağlı Azərbaycana yeni təkliflər təqdim edib”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

"Mən Ermənistanın sülh gündəliyinə sadiqliyini vurğulamaq istəyirəm. Sizə bildirməliyəm ki, biz Azərbaycan tərəfinə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı yeni təklifimizi göndərmişik", - o deyib.