Paşinyan sülh müqaviləsi, delimitasiya, KTMT-dən çıxma haqqında
22 May 2023
Ermənistan sərhədlərin 1975-ci ilin sovet xəritələri əsasında delimitasiyasına və bu sərhəddən qoşunları qarşılıqlı olaraq çəkməyə hazırdır. Beynəlxalq ictimaiyyət də bu mövqeyi dəstəkləyir. Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan bazar ertəsi keçirilən mətbuat konfransında bildirib.
"Hazırda danışıqlarda daha sərfəli mövqe əldə etmək üçün hərbi təzyiq göstərməyə davam edən Azərbaycanın mövqeyində irəliləyiş olduğunu deyə bilmərəm", deyə Paşinyan qeyd edib.
"Vaşinqton görüşündən əvvəl biz sülh müqaviləsinin mətni ilə bağlı düzəlişlərimizi Azərbaycana təqdim etdik və indi onların düzəlişlərini gözləyirik, ümid edirik ki, bu düzəlişlər Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olacaq", deyə o bildirib.
"Moskvada və Kişinyovda yüksək səviyyədə keçiriləcək görüşlərdə sülh müqaviləsi imzalana bilərmi?" sualına cavabda Paşinyan belə deyib: "Azərbaycan öz variantını bizə təqdim etsə və biz sənədin qarşılıqlı güzəşt məntiqinə uyğun olduğunu görsək, müqavilə növbəti görüşlərdə imzalana bilər. Amma hələ ki, biz Bakıdan cavab almamışıq".
O, həmçinin müqavilə imzalandığı təqdirdə təkcə Rusiyanın deyil, digər ölkələrin də onun zamini olacağını qeyd edib.
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsindən (KTMT) çıxması mümkünlüyünü şərh edən Paşinyan belə bir perspektivi istisna etməyib.
"Ermənistan KTMT-dən çıxmaq qərarı versə, bu, KTMT-nin Ermənistandan çıxması nəticəsində olacaq. KTMT-nin öhdəliklərini yerinə yetirməsini nəzərdə tuturam. Heç nə verməyən KTMT iştirakçısı statusu bizim təhlükəsizlik gündəliyini digər ölkələrlə müzakirə etməyimizə mane olacaq", deyə Paşinyan bildirib.
O əlavə edib ki, Ermənistan digər ölkələrdən silah tədarükü barədə təkliflər alıb, amma KTMT-yə üzv olduğuna görə onları qəbul edə bilməyib.