Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan Qarabağ ermənilərini Azərbaycanla birbaşa danışıqlara çağırdı

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ ermənilərini Azərbaycanla birbaşa danışıqlara çağırıb.

O, bunu parlamentdə çıxışı zamanı bildirib.

Paşinyan bir daha vurğulayıb ki, o, beynəlxalq təminatların mövcudluğu şəraitində Qarabağın erməni əhalisinin Bakı ilə birbaşa danışıqları formatını düzgün hesab edir.

“Bu, düzgün yoldur və mən qarabağlı həmkarlarımı bu gündəmə uyğun davranmağa çağırıram. Tələsik nəticələr çıxarmaq lazım deyil”, - deyə baş nazir qeyd edib.