Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan Putinə zəng etdi, payını aldı

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Pressklub.az Kremlin Mətbuat xidmətinə istinadla xəbər verir ki, telefon danışığının təşəbbüskarı erməni tərəfi olub.

"Tərəflər Rusiya, Ermənistan və Azərbaycan liderlərinin razılaşmalarının həyata keçirilməsi, o cümlədən Ermənistan-Azərbaycan sərhədində sabitliyin və təhlükəsizliyin təmin edilməsi, regionda iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpası və Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması məsələlərini müzakirə ediblər.

Eyni zamanda, Putin Ermənistan baş naziri ilə Dağlıq Qarabağla bağlı bütün məsələlərin tərəflərin Rusiya sülhməramlıları ilə sıx əlaqə saxlaması ilə konstruktiv həllinin zəruriliyini müzakirə edib", deyə Kremlin məlumatında bildirilir.