Paşinyan Lukaşenkoya qarşı: Söz atışması davam edir
10 Fevral 2022
Ermənistanın baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenkonun onun ölkəsi barədə dediklərinə qəzəbli reaksiya verib. Və onun “küçədə əlində avtomat dolaşmasına” eyham vurub.
Lukaşenko demişdi ki, Ermənistanın Rusiya-Belarus ittifaqına qoşulmaqdan başqa yolu yoxdur. “Ermənistanın başqa yolu yoxdur. Düşünürsünüz ki, onlar kiməsə gərəkdir? Onlar bunu artıq gördülər, Nikol Vovayeviç bunu artıq gördü”, - Lukaşenko bildirib.
Lukaşenkonun əslində ermənilər üçün acı həqiqət olan bu sözləri ilə bağlı Belarusun Yerevandakı səfiri Ermənistan XİN-ə çağırılıb, nazir Arart Mirzoyan ona çatdırıb ki, “tərəflər bir-birləri barədə bəyanatlar verərkən qarşılıqlı hörmətə, ölkələrin ərazi bütövlüyünə və suverenliyinə” əsaslanmalıdır.
Paşinyan isə daha sərt cavab verib. “Ola bilsin digər ölkələrin rəhbərləri Ermənistan hakimiyyətinin legitim , ölkənin isə demokratik olduğunu eşidəndə bundan inciyirlər. Ermənistanı Demokratiya Sammitinə dəvət edəndə, bəzi ölkələri dəvət etməyəndə onlar bundan inciyirlər”, - o Belarusda “diktaturanın hökm sürdüyünə” bu cür eyham vurub.
Daha sonra o, Lukaşenkonun 2020-ci ilin yayında Minskdə etirazlar zamanı əlində avtomatla görünməsinə eyham vurub: “Ermənistanda müəyyən hadisələr baş verdi. Siz məni əlimdə avtomat küçələrdə gördünüz?”.
Ermənistan baş naziri daha sonra Belarusu Azərbaycana “milyardlarla dollarlıq silah satmaqda” və “bloqer Lapşini tutub Bakıya təhvil verməkdə” günahlandırıb, bunların Ermənistan üçün sillə olduğunu deyib.