Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan Kişinyovda erməni icması ilə görüşdən niyə imtina edib?

Moldovada işgüzar səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Kişinyovun erməni icması ilə görüşü ləğv edib.

Bu barədə məlumatı “Hraparak” qəzeti yayıb.

Kişinyovda erməni icmasının rəhbəri Venera Muşeqin sözlərinə görə, Baş nazirin görüşdən imtina etməsinin səbəbi bəlli deyil.

O bildirib ki, ehtimallara görə, Paşinyan icma üzvlərinin verə biləcəyi suallardan yayınmaq üçün belə addım atıb.

Muşeq, həmçinin qeyd edib ki, ilk olaraq siyahıdan onun adı çıxarılıb, daha sonradan isə tədbir ümumilikdə ləğv edilib.