Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan: “Ermənistan və Azərbaycan anklavlar məsələsində razılığa gəlməyib”

Ermənistan və Azərbaycan sülh müqaviləsi layihəsinin bəzi bəndləri üzrə razılığa gələ bilib, lakin sovet dövründən qalan anklavların mülkiyyət məsələsi həll olunmamış qalır.

Bu barədə çərşənbə günü Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə bildirib.

“Bildiyiniz kimi, bizim razılaşdığımız məsələlər var, lakin anklavlar məsələsi hələ razılaşdırılmayıb, bütün variantlar müzakirə olunur”, -  baş nazir bəyan edib.

Paşinyanın sözlərinə görə, tərəflər bu məsələ ilə bağlı danışıqlar aparır və “mümkün həll yollarından biri anklavların hazırda olduqları ölkənin bir hissəsi kimi tanınmasıdır”.