Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan: "Ermənistan KTMT missiyasını yerləşdirməyə hazırdır, müzakirələr davam edir"

"Ermənistan KTMT missiyasını yerləşdirməyə hazırdır, lakin bu istiqamətdə müzakirələr davam edir".

Pressklub.az Sputnik Armeniyaya istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərə müsahibəsində deyib.

"Buna təkcə Rusiya deyil, Ermənistan da hazırdır. Biz öz narahatlıq dairəmizi, yaxud istəyimizi müəyyən etmişik. Bizim istəyimiz missiyanın effektiv olmasıdır. Bu, həm Ermənistan üçün, həm KTMT üçün, həm də region üçün vacibdir. Bu, bizim üçün çox vacibdir". Biz bu istiqamətdə müzakirələri davam etdiririk”, - Paşinyan, Rusiyanın KTMT missiyasını Ermənistan ərazisində yerləşdirməyə hazır olması ilə bağlı sualı cavablandırıb.

Baş nazirin sözlərinə görə, KTMT missiyasını Aİ missiyası ilə eyni müstəvidə nəzərdən keçirməyə ehtiyac yoxdur.

"Gəlin KTMT ilə Aİ arasında fərq qoyaq. KTMT-nin Ermənistanın təhlükəsizliyini təmin etmək üçün müqavilələri var, Ermənistanın öz müqavilələri var", - Paşinyan bildirib.

Onun sözlərinə görə, 2022-ci ildə Qazaxıstanda baş verən hadisələr zamanı Ermənistan Təşkilatın sədri və üzvü kimi üzərinə düşən vəzifələri tam yerinə yetirib. Deməli, Ermənistanın KTMT missiyasından gözləntiləri Aİ-dən qat-qat yüksək olmalıdır.

Bundan əvvəl KTMT Katibliyinin nümayəndəsi Yuri Şuvalov qurumun Ermənistanın təhlükəsizliyinin təmin edilməsi üçün Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməyə hazır olduğunu bəyan edib. Bundan əvvəl də respublikaya hərbi-texniki yardım göstərməyə hazır olması barədə dəfələrlə qeyd edilib.