Paşinyan Bakıya təzyiq göstərməyə çalışır
11 Avqust 2023
Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan bəzi bəyanatlar verərək Azərbaycanı Qarabağ ermənilərinə qarşı "soyqırım" siyasətində ittiham edib.
O, hökumətin iclasında çıxış edərək bildirib ki, Bakı əsassız olaraq Laçın dəhlizini bağlayır, 361 ton qida və dərman daşıyan yük maşınlarını Qarabağa buraxmır.
"Beynəlxalq ekspert dairələrindən yüksək fikirlər səslənir ki, Azərbaycanın siyasəti Birləşmiş Millətlər Təşkilatının soyqırım cinayətinin qarşısının alınması haqqında Konvensiyası baxımından nəzərdən keçirilə bilər", - o deyib.
Paşinyan beynəlxalq birliyi Azərbaycanı "blokada"nı aradan qaldırmağa məcbur etmək üçün daha çox səy göstərməyə çağırıb. Eyni zamanda, Bakını "sülhün bərqərar olması üçün tarixi imkanı heçə endirə biləcək addımlardan çəkinməyə" çağırıb.