Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan: “Azərbaycan və Ermənistan sərhədin delimitasiyası üçün kartoqrafik əsasları müəyyənləşdirməlidir”

Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Azərbaycan prezidenti İlham Əliyevlə üçtərəfli görüş Laçın dəhlizinin blokadadan çıxarılması və humanitar böhranın aradan qaldırılması üçün nəticə vermədi, bu gün Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

"Təəssüf ki, bu görüş Laçın dəhlizinin blokadasının və humanitar böhranın aradan qaldırılması baxımından heç bir konkret nəticə vermədi", - "Novosti-Armeniya" İnformasiya Agentliyi Paşinyandan sitat gətirib.

O qeyd edib ki, Qarabağın erməni sakinlərinin   "hüquqları və təhlükəsizliyi" məsələsi Xankəndi-Bakı dialoqu ilə həll olunmalıdır.

"Bizim inamımız ondan ibarət olub və elə də qalmağa davam edir ki, beynəlxalq iştirak və mexanizmlər olmadan bu dialoq effektiv ola bilməz", - Paşinyan deyib.

Bununla yanaşı, o qeyd edib ki, Brüsseldə Azərbaycan və Ermənistanın bir-birinin müvafiq olaraq 29800 və 86600 kvadrat kilometr ərazi bütövlüyünü qarşılıqlı tanıması təsdiqlənib. "Sərhədlərin delimitasiyası 1991-ci il Alma-Ata bəyannaməsi əsasında aparılmalıdır. Yaxın gələcəkdə delimitasiya üzrə işlərin kartoqrafik əsaslarını konkretləşdirməliyik", - Paşinyan deyib.