Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan anklavların mübadiləsi haqqında nə deyib?

Azərbaycanın 86.600 kv. kilometrlik ərazi bütövlüyünə anklavlar da daxildir. Bu barədə bazar ertəsi baş nazir Nikol Paşinyan Yerevanda keçirilən mətbuat konfransında bildirib.

Ermənistanın 29.800 kv. kilometrlik ərazisinə Artsvaşen (Başkənd), Azərbaycanın 86.600 kv. kilometrlik ərazisinə isə üç anklav da daxildir, deyə Paşinyan qeyd edib.

Bu məsələnin həllinin bir neçə variantı var: onlardan biri anklavları ərazisində yerləşdikləri tərəfin nəzarəti altında buraxmaqdır. Yəni kvadrat kilometrlər dəqiqləşdirilməklə, ərazilərin ekvivalentliyi prinsipinə əsasən.

"Tutaq ki, Artsvaşenin, digər anklavların ərazisi ölçülsün və müvafiq olaraq hər şey bərabərlik prinsipi əsasında olacaq şəkildə hərəkət edilsin", deyə o bildirib.

Digər variant sülh müqaviləsi bağlandıqdan sonra Artsvaşenin Ermənistanın suverenliyi altına, digər üç anklavın isə Azərbaycanın suverenliyi altına qaytarılmasıdır. Paşinyanın sözlərinə görə, bu məsələ ilə bağlı Azərbayanla müzakirələr davam edir.

* Azərbaycan ordusunun 1992-ci ildə tutduğu Başkənd (Artsvaşen) erməni yaşayış məntəqəsinin ərazisi 40 kv. km-dir.

Elə həmin dövrdə Ermənistan ordusu Azərbaycanın Qazax rayonuna aid yeddi kəndini və Naxçıvanın Kərki kəndini işağl edib.

Yuxarı Əskipara - 8,6 kv. km (anklav)

Aşağı Əskipara - 9,1 kv. km

Baqanis Ayrım — 40 kv. km

Bərxudarlı —  10,1 kv. km (anklav)

Sofulu — 22 kv. km (anklav)

Qızıl Hacılı — 11 kv. km

Heyrimli —  4,1 kv. km

Kərki — 19,2 kv. km (anklav)

Qazaxın yuxarıda sadalanan kəndlərindən üçü anklavdır, yəni Ermənistan ərazisi ilə əhatə olunub. Digər kəndlər sərhəddə yerləşir.

Qazax rayonunun işğal edilmiş kəndlərinin və NMR-in bir kəndinin ümumi sahəsi 124 kvadrat kilometr təşkil edir, bu da Başkənd yaşayış məntəqəsinin ərazisindən üç dəfə çoxdur.