Parlamentində "Vətəndaş müqaviləsi" fraksiyasının rəhbəri Arusyak Manavazyan olacaq
03 İyul 2026
Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının parlament fraksiyasının rəhbəri Arusyak Manavazyan olacaq.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Onun namizədliyini partiyanın İdarə Heyəti növbəti iclasında təsdiqləyib.
Daha əvvəl fraksiyanın rəhbəri vəzifəsini Ermənistan parlamentinin sədr müavini vəzifəsinə namizədliyi irəli sürülən Ayk Koncoryan tuturdu.