Pakistan parlamenti necə seçilir?
05 Aprel 2022
Parlament respublikası olan Pakistan hökumət böhranı yaşayır. Ziddiyyətlər üzündən hakim koalisiya dağılıb, aprelin 3-də prezident Arif Alvi hökuməti istefaya göndərərək parlamentin aşağı palatasını – Milli Assambleyanı buraxıb.
Növbədənkənar parlament seçkisi üç ay ərzində keçirilməlidir.
Milli Assambleya 342 deputatdan ibarətdir. 272 nəfər dairələrdən seçilir. 60 mandat qadınlar, 10 mandat dini azlıqlar üçün ayrılıb, onların seçkisində proporsional sistem (partiya siyahıları) tətbiq olunur.
Aşağı palatanın səlahiyyət müddəti 5 ildir.
100 nəfərlik yuxarı palata – Senat üçün 6 il səlahiyyət müddəti müəyyən olunub, qurumun tərkibinin üçdə biri iki ildən bir yenilənir.
2018-ci il iyulun 25-də keçirilmiş Milli Assambleya seçkisində İmran Xanın Ədalət Uğrunda Hərəkatı qalib gələrək digər qüvvələrlə birgə hökumət qurub, avqustun 18-də İmran Xan baş nazir kürsüsünə oturub.
2018-ci il sentyabrın 4-ü parlamentin aşağı və yuxarı palatalarının, həmçinin əyalət məclisləri deputatlarından ibarət seçicilər kollegiyasında Ədalət Uğrunda Hərəkatın namizədi Arif Alvi prezident seçilib.
Dövlət başçısı olan prezidentin səlahiyyət müddəti 5 ildir. (Novator)