Logo
news content
User
Kateqoriyalar

Xəbər

Özünü "öldürən" direktor polisləri aldatdı

Azərbaycanda MTK rəhbəri hüquq-mühafizə orqanları aldadıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2021-ci il noyabrın 25-də Sabirabad rayonunun Ətcələr kəndi ərazisində Sarvan kənd sakini Rafət Qəniyevə məxsus “KİA” markalı avtomobilinin yanması və onun tam yanmış meyitinin tapılması ilə əlaqədar əməliyyat və istintaq tədbirləri keçirilib.

Məlum olub ki, R.Qəniyev direktoru olduğu “Kaspian İnşaat MB” MTK-ya məxsus mənzilləri dələduzluq yolu ilə müxtəlif şəxslərə satdığına görə barəsində araşdırmalar aparılıb.

R.Qəniyev isə bu araşdırmalardan xilas olmaq üçün avtomobilə mənşəyi tam bilinməyən sümükləri qoyaraq qəsdən yandırıb və özünü ölmüş kimi qələmə verib.

R.Qəniyev paytaxtın Yasamal rayonu ərazisində saxlanılıb.