Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Oskar" mükafatları təqdim olundu

ABŞ-ın Los-Anceles şəhərində Kino Sənəti Akademiyasının 95-ci "Oskar" mükafatlandırma mərasimi keçirilib.

Pressklub.az mükafatın rəsmi saytına istinadən xəbər verir ki, mükafat aşağıdakı qaydada təqdim edilib.

İlin ən yaxşı filmi "Everything everywhere all at once" (Hər şey hər yerdə və dərhal) seçilib.

Ən yaxşı rejissor - Dan Kvan, Daniel Şeynert - "Everything everywhere all at once” filminə görə;

Ən yaxşı aktyor - Brendan Freyzer - "The Whale" filminə görə;

Ən yaxşı aktrisa - Mişel Yeoh - "Everything everywhere all at once” filminə görə.

Ən yaxşı xarici dildə film: "Qərb cəbhəsində dəyişiklik yoxdur"

Ən yaxşı qısametrajlı sənədli film - "Fil pıçıltısı"

Ən Yaxşı Qısa Animasiya Filmi - Oğlan, Köstəbək, Tülkü və At.

Ən Yaxşı Orijinal Ssenari - "Qərb cəbhəsində dəyişiklik yoxdur"

Ən yaxşı vizual effektlər - "Avatar: Su yolu"

Ən yaxşı orijinal ssenari - "Hər şey hər yerdə və dərhal”

Ən yaxşı uyğunlaşdırılmış ssenari - "Qadın söhbətləri"

Ən yaxşı səs - "Top Gun: Maverick"

Ən yaxşı orijinal musiqi - Naatu Naatu ("RRR: The Revolution Roars Near")

Ən yaxşı montaj - "Qərb cəbhəsində dəyişiklik yoxdur”

Kanadalı rejissor Daniel Roerin “Navalnı” filmi “Ən yaxşı sənədli film” nominasiyasında mükafata layiq görülüb.