Onlara Rusiyadan çıxmaq qadağan olundu - Müharibə
11 Aprel 2023
Rusiyada hərbi xidmətə çağırış vərəqəsi alan vətəndaşların ölkədən çıxışına qadağa qoyulacaq.
“İnterfaks” xəbər verir ki, bu barədə məlumat Rusiyada hərbi qeydiyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı dəyişikliklər barədə qanun layihəsində yer alıb.
Dəyişikliklər Dövlət Dumasının beş fraksiyasının nümayəndələri tərəfindən təqdim edilib. Dumanın sözügedən dəyişiklikləri bu gün ikinci və üçüncü oxunuşda qəbul edəcəyi gözlənilir.