Onlar bizi maraqlandırır - Türkiyənin xarici, daxili işlər və müdafiə nazirləri
05 İyun 2023
Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 3-ü ölkənin Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb. Yeni hökumətdə əksər nazirlər yeniləri ilə əvəzlənib.
Azərbaycanda fəaliyyəti yaxından izlənilən Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar və daxili işlər naziri Süleyman Soylunun yeni hökumətdəki sələflərinin kim olduğu hazırda bir çoxlarını maraqlandırır.
Məlumdur ki, Mövlud Çavuşoğlunu Milli Kəşfiyyat Təşkilatının keçmiş rəhbəri Hakan Fidan, Hulusi Akarı ordu generalı Yaşar Gülər, Süleyman Soylunu isə Ali Yerlikaya əvəz edəcək. Yeni nazirlərin həyatı və daha əvvəl hansı sahələrdə çalışması hazırda həm Türkiyə, həm də Azərbaycanda maraq doğuran mövzulardan biridir.
İlk olaraq qeyd etmək lazımdır ki, 1968-ci ildə Ankarada dünyaya gələn Hakan Fidan Quru Qoşunlarının Hərbi Məktəbinin və Quru Qoşunlarının Dil Məktəbinin məzunudur. O, 1986-2001-ci illərdə Türkiyə Silahlı Qüvvələrində kiçik zabit olaraq xidmət edib. Könüllü şəkildə ordudan ayrılan Fidan ABŞ-də “Maryland University College”də İdarəetmə və siyasi elmlər üzrə bakalavr dərəcəsi alıb. Bununla yanaşı, Vyana, Cenevrə və Londonda da akademik fəaliyyətlərini davam etdirib. Eyni zamanda, Almaniyada NATO-nun Çevik Müdaxilə Korpusunun Baş Qərargahında da çalışıb. 2010-cu ildə MİT-nin müşaviri vəzifəsinə gətirilən Fidan Türkiyədə bu vəzifəni tutan ən gənc şəxs olub. Nuran Fidanla evli olan yeni nazir 3 uşaq atasıdır.
Yaşar Gülərə gəldikdə isə, Ardahanda dünyaya gələn 69 yaşlı ordu generalı 1971-ci ildə Kuleli hərbi məktəbini bitirib. 1975-ci ildə isə Hərbi Məktəb və Təlim Mərkəzindən məzun olan Gülər 1986-cı ildə hərbi akademiyanı bitirərək qərargah zabiti olub. 2001-ci ildə briqada generalı rütbəsinə yüksələn Gülər, 2009-cu ildə general-leytenant olub. 2018-ci ildə isə Baş Qərargah rəisi təyin edilib. Evlidir və 1 övladı var.
DİN rəhbəri təyin olunan Ali Yerlikaya bu posta qədər müxtəlif vəzifələrdə çalışıb. 1968-ci ildə Konyada dünyaya gələn Yerlikaya təhsilini də bu şəhərdə alıb. 1989-cu ildə İstanbul Universitetinin Siyasi elmlər fakültəsinin “Dövlət İdarəçiliyi” fakültəsindən məzun olub. O, müxtəlif illərdə Şırnak, Ağrı, Tekirdağ və Qaziantep valisi olaraq fəaliyyət göstərib. Hatice Nurla evli olan Yerlikayanın 4 övladı var.