Logo
news content
User
Kateqoriyalar

Xəbər

Nurəddin Mehdixanlı qızından niyə imtina edir? - Aktrisa Kəmalə Quliyeva onun qızı olduğunu sənədlə sübut etdi - FOTOFAKT

Aktrisa və aparıcı Kəmalə Quliyevanın xalq artisti Nurəddin Mehdixanlının qızı olması ilə bağlı xəbər verilib.

Kəmalə açıqlamasında atasının onu bu sənətdə görmək istəmədiyini bildirmişdi.

Xəbərin ardından Nurəddin Mehdixanlı açıqlama verərək, Kəmalə Quliyeva adlı qızının olmadığını, aralarında qohumluq bağının belə hökm sürmədiyini iddia etmişdi.

Amma aktrisa N.Mehdixanlının qızı olduğunu sənədlərlə sübut edəcəyini bildirib:

“Atam varlığımı danır. İnsanlar məni yalançı kimi tanıyır. Özümü bu yolla reklam etdiyimi düşünürlər. Hər zaman işimlə tanınmaq istəmişəm. Bu mövzunu qabartmağı ağlımdan belə keçirməmişəm.

Onsuz tanıyan bilir ki, həqiqətən də onun qızıyam. Atamın məni inkar etməsi səhv oldu. Şou-biznesə qatılmaq niyyətim olmayıb.

Mənim əlimdə onun qızı olmağımla bağlı sənədlərim var. Bununla bütün söz-söhbətə son qoyacam. Bu sənəd sübut edir ki, mən Nurəddin Mehdixanlının qızıyam”. (publika.az)