Logo
news content
User
Kateqoriyalar

Xəbər

Nikol Paşinyan Fransaya səfərə gedib

Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın paytaxtı Parisə səfərə yola düşüb.

Bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Qeyri-rəsmi xarakter daşıyan səfər iki gün davam edəcək.

Məlumata görə, N.Paşinyan Fransa müqavimət hərəkatının erməni əsilli döyüşçüsü Misak Manuşyanın təkrar dəfn mərasimində iştirak edəcək.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron 2023-cü ilin iyulunda N.Paşinyanı ölkəsinə dəvət etmişdi.