Netanyahu və Tramp yaxın vaxtlarda ABŞ-də görüşəcəklər
04 İyul 2026
İsrailin Baş naziri Binyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı yaxın vaxtlarda ABŞ-də görüş keçirmək barədə razılığa gəliblər.
Bu barədə İsrailin Baş nazirinin Dəftərxanası məlumat yayıb.
"Binyamin Netanyahu az öncə ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. Netanyahu və Tramp yaxın vaxtlarda ABŞ-də görüşmək barədə razılığa gəliblər", - məlumatda bildirilib.
Qeyd olunur ki, Netanyahu Trampı ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə təbrik edib.
Baş nazir telefon danışığı zamanı ABŞ-nin qlobal azadlığın təminatçısı olduğunu vurğulayıb və İsrailin iki ölkə arasında mövcud olan sıx münasibətləri yüksək qiymətləndirdiyini bildirib.