Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ned Prays Dövlət Departamentinin mətbuat katibi vəzifəsini tərk edir

Ned Prays ABŞ Dövlət Departamentinin sözçüsü vəzifəsini tərk edəcək, lakin o, ABŞ Xarici İşlər Nazirliyində başqa vəzifədə işləməyə davam edəcək.

Pressklub.az-ın məlumatına görə, bu barədə NBC News-a Prays özü məlumat verib.

Qeyd olunub ki, N.Prays bu ay təqaüdə çıxacaq. Onu müvəqqəti olaraq hazırkı müavini Vedant Patel əvəz edəcək.

Dövlət Departamentinin yeni rəsmi mətbuat katibinin adı hələlik məlum deyil.

“Mən MKİ-nin analitiki olaraq dövlət qulluqçusu kimi işə başlamışam. Amma bir sıra hadisələr səbəbindən bu işə bağlandım. Son bir neçə ildə bu sahədə işləmək mənə xoş gəldi. Ən çox bəyəndiyim cəhətlərdən biri də onun siyasətlə əlaqəsidir”, – Prays bildirib.

Praysın üstünlüklərindən biri gündəlik mətbuat brifinqlərinin bərpasıdır. Bu təcrübə Donald Trampın prezidentliyi dövründə dayandırılıb. Praysın yeni vəzifəsi birbaşa ABŞ Xarici İşlər Nazirliyinin siyasi və inzibati funksiyaları ilə bağlı olacaq.