Logo
news content
User
Kateqoriyalar

Xəbər

Nazir müavini meşələrə qanunsuz müdaxilələr barədə

Meşə sahlərinə qanunsuz müdaxilələr xüsusən gecə saatlarında və istirahət günlərində olur.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Onun sözlərinə görə, bu cür halların qarışısını almaq üçün mübarizə aparılır: "Biz meşələri 8 saat qoruya bilirik. Ən yaxşı halda bu, 10-12 saat olur. Lakin digər 12 saatda meşə mühafizəsiz qalır və gecə saatlarında, istirahət günlərində müdaxilələr olur. Bəzən hətta bizim işçilərimizin iştirakı ilə bu hallar baş verir. Fakt aşkarlananda kimliyindən asılı olmayaraq, dəymiş zərər ödətdirilir. Zərərin miqyası böyük olduqda isə hüquq mühafizə orqanlarına müraciət edirik. Hazırda onlarla belə müraciətlərimiz var ki, müxtəlif instansiyalarda baxılmaqdadır. Statistikalar göstərir ki, əvvəlki illərlə müqayisədə neqativ halların sayı dəfələrlə azalıb. Lakin yenə də müdaxilələr olur və bununla bağlı barışmaz mövqedəyik".