Logo
news content
User
Kateqoriyalar

Xəbər

Naxçıvanın büdcəsi qəbul olundu: Talıbovlar Ali Məclisin iclasına qatılmadılar...

Bu gün altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilib.

İclasda gündəlikdə duran məsələlərə baxılıb.

Ali Məclisin sessiyasında 2023-cü ilin büdcəsi təsdiqlənib. Sessiyada dotasiyadan asılılığın azaldılması istiqamətində də müzakirələr aparılıb.

Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunublar.

Sessiyaya Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Ali Məclisin deputatları, aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri qatılıblar.

Sonda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxıb edib.

28 ildən sonra ilk dəfə olaraq Naxçıvan Ali Məclisinin sessiyasında sabiq sədr, 7 saylı Aralıq Seçki Dairəsinin deputatı Vasif Talıbov və onun oğlu, 25 saylı Naxçıvan şəhər Seçki Dairəsinin deputatı Seymur Talıbov iştirak etməyiblər.

Qeyd edək ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov dekabrın 21-də istefa verib. Naxçıvan Ali Məclisinin qapalı keçirilən iclasında onun vəzifəsindən azad olunması ilə bağlı qərar səsə qoyularaq qəbul olunub. Ali Məclis sədrinin vəzifələrinin müvəqqəti icrası birinci müavin Azər Zeynalova tapşırılıb.