Logo
news content
User
Kateqoriyalar

Xəbər

NASA 2046-cı ilin 14 fevralında Yerlə toqquşa biləcək asteroid aşkarladı

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) 2046-cı ildə Yerlə toqquşa biləcək asteroid aşkarlayıb.

Pressklub.az xəbər verir ki, bu barədə idarənin tviter səhifəsində məlumat verilib.

Söhbət “2023 DW” adlı asteroiddən gedir. NASA mütəxəssislərinin fikrincə, onun 2046-cı ildə Yerlə toqquşması ehtimalı mövcuddur.

Adətən, yeni obyektlər aşkar edildikdə səhvləri aradan qaldırmaq və onların orbitini gələcək illər üçün düzgün proqnozlaşdırmaq bir neçə həftə çəkir.

NASA-nın saytında təqdim olunan məlumatlardan belə çıxır ki, “2023 DW” 14 fevral 2046-cı ildə Yerə mümkün qədər yaxınlaşacaq.

Asteroidin diametri demək olar ki, 50 metrdir.