
Myanmada 7,7 bal gücündə zəlzələ - Ciddi dağıntılar və ölənlər var
28 Mart 2025
Myanmada 7,7 maqnitudalı zəlzələ baş verib.
Bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.
Təkanlar Banqladeş, Hindistan, Tailand, Laos və Çində də hiss edilib. Zəlzələnin hiposentri 30 km dərinlikdə yerləşib.
İlk zəlzələdən 12 dəqiqə sonra 6,4 maqnitudalı daha bir güclü zəlzələ olub.
Sosial şəbəkə istifadəçilərinin paylaşdıqları foto və videolara əsasən, bəzi evlər, həmçinin Saqayn və Mandalay şəhərlərini birləşdirən körpünün təxminən beş aşırımı zəlzələ nəticəsində uçub.
Zəlzələ nəticəsində baş verən uçqunlarda 20 nəfər həlak olub. Bu barədə ölkənin ikinci ən böyük şəhəri olan Mandalay xəstəxanasından bildirilib.
Bundan başqa, Myanma hakimiyyəti çoxlu sayda ölən və yaralıların olması ilə əlaqədar təcili qan toplandığını elan edib.

