Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müharibənin varlandırdığı şəxslər - Putinin keçmiş həyat yoldaşına...

Rusiya Prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lüdmila Oçeretnayanın mikromaliyyə şirkəti Ukrayna ilə müharibə ili ərzində 140 milyon rubl zənginləşib. Bu, Rusiyanın savaşa başlamasından sonra rusların borclarının rekord həddə çatması ilə əlaqəlidir.

Bu barədə Ukraynanın “Unian” agentliyi Rusiyadakı mənbələrə istinadla məlumat yayıb.

Avtomobil krediti xidmətləri təklif edən Oçeretnayanın “CarMoney” şirkəti ilin sonunda 391.3 milyon rubl qazanıb, bu, rekord gəlirdir. Şirkətin xalis mənfəəti əvvəlki illərlə müqayisədə 66 faiz artıb.

Oçeretnaya bu işə 2017-ci ildə girib, 2022-ci ilin ortalarında ”CarMoney” Rusiyada mənfəət baxımından 5-ci mikromaliyyə şirkəti, mikrokredit portfelinin ümumi həcminə görə 8-ci olub. Oçeretnaya keçən il “CarMoney”dən şəxsən 58 milyon rubl alıb.

Ödənişlər Cənubi Kiprdə yerləşən ofşor mikromaliyyə şirkəti “Carmoney CY” LTD vasitəsilə həyata keçirilib. Bu da 99 faizi Rusiya prezidentinin keçmiş həyat yoldaşına məxsus olan “Meridian” şirkəti tərəfindən idarə olunur.

Putin və Lüdmila 1983-cü ildə evlənib, 2013-cü ildə boşanıblar. Bundan sonra özündən 20 yaş kiçik biznesmen Artur Oçeretnıy ilə ailə həyatı qurub.