“Müharibədən sonra Qərbin Ukraynanı NATO-ya qəbul etməməsi intihar olardı” - Kuleba
02 İyul 2023
“Müharibədən sonra Qərbin Ukraynanı NATO-ya qəbul etməməsi intihar olardı”.
Pressklub.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba “Politico”, “Bild” və “Welt”ə müsahibəsində deyib.
“Müharibənin sonunda Avropanın Ukraynanı NATO-ya qəbul etməməsi intihar olardı, çünki bu, müharibə variantının açıq qalması deməkdir. Ukraynanın NATO-ya daxil olması Rusiyanı bir daha silahlı təcavüzü təkrarlamamağa məcbur edəcək.
Rusiyanın Avropaya və bütövlükdə Avro-Atlantik məkana qarşı təcavüzünün qapısını bağlamağın yeganə yolu Ukraynanı NATO-ya qəbul etməkdir, çünki Rusiya bu təcrübəni bir daha təkrarlamağa cəsarət etməyəcək”, - deyə, o bildirib.