Müharibədə kim qalib gələcək? - Ukraynada sorğu
07 Aprel 2022
Ukraynanın “Reytinq” sosioloji qrupu Rusiyanın ölkədə apardığı müharibənin mümkün nəticələrinə dair yeni sorğu keçirib. Sorğu 18 yaşa çatmış 1500 ukraynalı arasında telefonla aparılıb. 30-31 mart sorğusunun ölkənin əksər bölgəsini əhatə etdiyi açıqlanıb.
Bəyan olunan nəticələrə əsasən, respondentlərin 95%-i Ukraynanın Rusiyanın təcavüzünü dəf edərək müharibədə qalib gələcəyinə inandığını deyib. Onların 69%-i qələbəyə tam əmin olduğunu, 25%-i buna inanmaq istədiyini bəyan edib.
Respondentlərin 30%-i hesab edir ki, Rusiya qoşunlarının hücumunu dayandırmaq üçün Ukraynaya bir neçə həftə kifayət edəcək. 16% qələbə çalmaq üçün 6 ay və ya bir ilə qədər, 4% bir ildən də çox gözləmək lazım gələcəyini deyib.
Respondentlərin 31%-i hərbi əməliyyatların hələ bir neçə ay davam edəcəyi qənaətində olduğunu vurğulayıb.
Sorğu göstərib ki, respondentlərin 78%-i ölkənin düzgün yolda olduğuna əmindir, 11%-i bunun əksini düşünür.
2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını zəbt edərək özünə birləşdirib, Donbas bölgəsinin bir hissəsində iki separatçı rejim qurub. 2022-ci il fevralın 21-də həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlara başlayıb.