Müdafiə nazirinin sabiq müavini edam ediləcək - İranda əcaib qərar
12 Yanvar 2023
İranda məhkəmə keçmiş müdafiə naziri Əli Şəmxaninin keçmiş müşaviri, 1997-2005-ci illərdə bu vəzifədə işləmiş Əlireza Əkbəri barəsində ölüm hökmü çıxarıb.
Bu barədə İSNA agentliyi məlumat yayıb.
Məlumata görə, Əkbəri Böyük Britaniyanın xeyrinə casusluqda ittiham olunur. İranın Kəşfiyyat Nazirliyi onu İngiltərə kəşfiyyat xidmətlərinin İranla bağlı mühüm məlumatları xaricə köçürmək üçün toplayan ən mühüm agentlərindən biri kimi xarakterizə edib.
Müvəqqəti ölüm hökmü çıxarıldıqdan sonra Əkbəri apellyasiya şikayəti verib və bu, rədd edilib. Məhkəmənin qərarı qüvvədə saxlanılıb. İlkin hökmün dəqiq nə vaxt verildiyini agentlik açıqlamayıb.
"BBC"nin məlumatına görə, Əkbərinin ikili vətəndaşlığı var.
Böyük Britaniya İran hakimiyyətini Əlireza Əkbərinin edamını dayandırmağa çağırıb. Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli tviterdə bildirib.
"İran Britaniya pasportuna malik Əlireza Əkbərinin edamını dayandırmalı və onu dərhal azad etməlidir. Bu, insan həyatına tamamilə hörmətsizlik edən vəhşi rejimin siyasi motivli hərəkətidir", - Kleverli qeyd edib.