Logo
news content
User
Kateqoriyalar

Xəbər

Moskvanın qələbəsini istisna etməyən Conson: "Müharibə 2023-cü ilin sonuna qədər davam edə bilər"

“Ukraynadakı müharibə 2023-cü ilin sonuna qədər davam edə bilər”.

“BBC” xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson Hindistanda mətbuat konfransında deyib.

Conson Moskvanın qalib gələ biləcəyini istisna etməyib: "Amma Rusiyada siyasi vəziyyət çox ağırdır. Çünki Kreml Ukraynaya hücum etməklə ciddi səhvə yol verdi”.

Baş nazirin sözlərinə görə, Britaniya Ukraynaya daha ağır silahlar göndərməyi planlaşdırır. Boris Conson, həmçinin digər ölkələri Rusiya ilə qarşıdurmada Ukraynanı dəstəkləməyə çağırıb.

Xatırladaq ki, bu gün Conson Britaniyanın Ukraynadakı səfirliyinin gələn həftə yenidən Kiyevə qayıdacağını söyləyib.