Logo
news content
User
Kateqoriyalar

Xəbər

Monako partlayışında şübhəli bilinən kişi qiyafəli ukraynalı qadın axtarılır

Monakodakı partlayışda əsas şübhəli kimi kişi qiyafətinə girmiş Ukrayna əsilli qadın axtarılır. Bu barədə Monako prokurorunun müavini Morqan Reymond məlumat verib. Onun sözlərinə görə, şübhəli Almaniyada yaşayırmış. Hazırda polis partlayıcı qurğunun mürəkkəbliyini nəzərə alaraq, cinayətin mümkün əlaltılarını və sifarişçilərini müəyyənləşdirməyə çalışır.

“Daily Mail”in istintaq mənbələrinə istinadən yazdığına görə, qadını şahidlərdən biri tanıyıb. Təhlükəsizlik kameraları onun qara panama papaqda, pasport nəzarətindən keçmədən, piyada Fransa ilə sərhəddəki Bosoley şəhərinə doğru qaçdığını qeydə alıb. İstintaqın ehtimalına görə, o, daha sonra əlaltıları ilə birlikdə İtaliyaya keçib.

İyunun 30-da baş verən partlayış nəticəsində ukraynalı işadamı Vadim Yermolayev, onun həyat yoldaşı Anna Nasobina və oğulları yaralanıb. İstintaq materiallarına əsasən, şübhəli partlayıcı qurğunu "Sun’s Palace" yaşayış binasının girişindəki kürək çantasında gizlədib və təxminən 12 metr məsafədən mobil telefonla işə salıb. Monako və Fransa prokurorluqları hadisə ilə bağlı qəsdən adam öldürməyə cəhd, ictimai yerdə partlayıcı maddə yerləşdirmə və cinayətkar əlaqə maddələri ilə cinayət işi açıb.

Monako knyazlığının rəhbərliyi hadisəni "qəsdən törədilmiş cinayət aktı" kimi qiymətləndirib. Knyazlığın dövlət naziri Kristof Mirman bildirib ki, partlayıcı qurğu bolt və qırma ilə doldurulmuşdu və bu, Monako tarixində ilk belə haldır. Fransanın Monakoya qonşu Nitsa şəhərinin meri Erik Çiotti isə "X" sosial şəbəkəsində hadisəni birbaşa "terror aktı" adlandırıb. Əslən ukraynalı olan V.Yermolayev Kipr vətəndaşıdır. "Forbes Ukrayna"nın məlumatına görə, 2021-ci ildə onun sərvəti 220 milyon dollar dəyərində qiymətləndirilib. "Alef" şirkətlər qrupunun sahibi olan Yermolayev 2019-cu ildə Ukrayna vətəndaşlığından çıxıb. Elə həmin il "Nastoyaşeye Vremya" kanalı Yermolayevin "Alef Vinal" şirkətinin sanksiyalardan necə yan keçdiyini araşdırıb. Krımın ən iri şərab və konyak istehsalçılarından olan bu müəssisənin əsas gücləri ilhaqdan əvvəl yarımadada yerləşirdi. 2014-cü ilin martında isə "Alef Vinal" biznesini hüquqi cəhətdən Ukrayna və Rusiya hissələrinə ayırıb. 2023-cü ildə Ukrayna prezidenti Volodimir Zelenski Yermolayevə qarşı şəxsi sanksiyalar tətbiq edib. İşadamı Krımın ilhaqından sonra yarımadakı alkoqol biznesini saxta şəxslərin adına qeydiyyatdan keçirməkdə və Rusiya qanunvericiliyi ilə fəaliyyət göstərməkdə şübhəli bilinir. Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, Yermolayev Krımdakı biznesini qondarma şəxslər vasitəsilə yenidən rəsmiləşdirib və uzun illər Rusiyaya vergi ödəyib. "Hromadske" nəşrinin yazdığına görə, o, həmçinin kənd təsərrüfatından tutmuş maliyyə sektoruna qədər 28 müxtəlif şirkətin təsisçisi olan "Texnologiya" vençur fondunun da sahibidir. Fond Kiprin "Licita Trading Co LTD" ofşor şirkətinə məxsusdur və Yermolayev bir neçə il əvvəl bu şirkəti qızı Sofiya Kononenkonun adına keçirib.

Monako knyazlığının rəhbərliyi hadisəni "qəsdən törədilmiş cinayət aktı" kimi qiymətləndirib. Knyazlığın dövlət naziri Kristof Mirman bildirib ki, partlayıcı qurğu bolt və qırma ilə doldurulmuşdu və bu, Monako tarixində ilk belə haldır.

Fransanın Monakoya qonşu Nitsa şəhərinin meri Erik Çiotti isə "X" sosial şəbəkəsində hadisəni birbaşa "terror aktı" adlandırıb.

Əslən ukraynalı olan V.Yermolayev Kipr vətəndaşıdır. "Forbes Ukrayna"nın məlumatına görə, 2021-ci ildə onun sərvəti 220 milyon dollar dəyərində qiymətləndirilib. "Alef" şirkətlər qrupunun sahibi olan Yermolayev 2019-cu ildə Ukrayna vətəndaşlığından çıxıb.

Elə həmin il "Nastoyaşeye Vremya" kanalı Yermolayevin "Alef Vinal" şirkətinin sanksiyalardan necə yan keçdiyini araşdırıb. Krımın ən iri şərab və konyak istehsalçılarından olan bu müəssisənin əsas gücləri ilhaqdan əvvəl yarımadada yerləşirdi. 2014-cü ilin martında isə "Alef Vinal" biznesini hüquqi cəhətdən Ukrayna və Rusiya hissələrinə ayırıb.

2023-cü ildə Ukrayna prezidenti Volodimir Zelenski Yermolayevə qarşı şəxsi sanksiyalar tətbiq edib. İşadamı Krımın ilhaqından sonra yarımadakı alkoqol biznesini saxta şəxslərin adına qeydiyyatdan keçirməkdə və Rusiya qanunvericiliyi ilə fəaliyyət göstərməkdə şübhəli bilinir.

Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, Yermolayev Krımdakı biznesini qondarma şəxslər vasitəsilə yenidən rəsmiləşdirib və uzun illər Rusiyaya vergi ödəyib.

"Hromadske" nəşrinin yazdığına görə, o, həmçinin kənd təsərrüfatından tutmuş maliyyə sektoruna qədər 28 müxtəlif şirkətin təsisçisi olan "Texnologiya" vençur fondunun da sahibidir. Fond Kiprin "Licita Trading Co LTD" ofşor şirkətinə məxsusdur və Yermolayev bir neçə il əvvəl bu şirkəti qızı Sofiya Kononenkonun adına keçirib.