Logo
news content
User
Kateqoriyalar

Xəbər

Moldova hökuməti ölkənin MDB PA-dan çıxmasını təsdiqləyib

Moldova hökuməti ölkənin Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasından (MDB PA) çıxmasını təsdiqləyib.

Bu barədə Moldova hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, Nazirlər Kabinetinin bu gün keçirilən iclasında MDB PA haqda Konvensiyanın denonsasiyasını nəzərdə tutan qanun layihəsini təsdiq edən qətnamə qəbul edib.

Bu qərarın qəbulundan sonra ölkənin MDB PA-dan çıxmasına dair sazişin qanun layihəsinə parlamentdə baxılacaq. Konvensiyanın denonsasiyası haqqında qanuna parlamentdə baxılmalı və qəbul edilməlidir.

Xatırladaq ki, Konvensiya Minskdə 26 may 1995-ci ildə bağlanıb, Moldova onu 23 oktyabr 1997-ci ildə imzalayıb.

Moldova parlamentinin spikeri İqor Qrosu ötən ayın ortalarında ölkəsinin MDB PA-dan çıxması prosesinin başlandığını elan edib.