Logo
news content
User
Kateqoriyalar

Xəbər

MKİ-dən ruslara şirnikləndirici təklif: XƏBƏR ÖTÜRÜN...

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Rusiya vətəndaşlarına sosial şəbəkələr vasitəsilə müraciət edib.

Müraciətdə hər hansı bir xəbərin necə ötürülməsi izah edilir.

Təlimat xarakterli müraciətin mətni rus dilində dərc edilib:

“Biz ünsiyyət üçün təhlükəsiz bir yol təqdim etmək istəyirik. Bütün göstərişlərə əməl etsəniz, məlumatları gizli şəkildə MKİ-yə ötürə bilərsiniz. Anonimliyi qorumaq üçün internetə girişin VPN-lə edilməsi və “Tor” brauzerindən istifadə olunması məsləhətdir görülür. Məlumatları ofis və ya ev kompüterlərindən istifadə edərək də ötürə bilərsiniz. Məlumat verənlərdən tam adlarını, yerləşdiyi ərazini və mövqelərini bildirmələri xahiş edilir”.

Təlimatda həmçinin, informasiyaların ötürülməsi ilə bağlı məlumatın necə təhlükəsiz saxlanması, eləcə də “tutulmamaq” barədə məsləhətlər verilir.

Adı çəkilməyən MKİ rəsmisi bildirib ki, ruslar agentlərlə əlaqə saxlamağa çalışırlar.

Mənbə qeyd edib ki, bütün bu məlumatlar kəşfiyyat tərəfindən diqqətlə öyrənilir və yoxlanılır. /lent.az