Logo
news content
User
Kateqoriyalar

Xəbər

Mişel Obama prezidentliyə namizəd ola bilər

Bill Klintonun həyat yoldaşı Hillari Klintondan sonra daha bir keçmiş birinci ledi prezident postu uğrunda mübarizə apara bilər.

Pressklub.az xəbər verir ki, demokratlar ABŞ-nin keçmiş birinci xanımı Mişel Obamanı prezidentliyə namizədliyini irəli sürə bilər.




Bunu Ağ Evin və Pentaqonun keçmiş nümayəndəsi Duqlas MakKinnon bildirib.










Kanal qeyd edir ki, Mişel Obamanın adı Demokratlar Partiyasından prezidentliyə namizəd olmaq istəyini dəfələrlə rədd etməsinə baxmayaraq, sonuncu prezident seçkiləri ərəfəsində hallanıb. MakKinnon hesab edir ki, keçmiş birinci xanım əsas namizəd ola bilər və demokratlar onu seçkilərdə iştiraka sövq etməyə çalışa bilərlər.