Minsk Qrupu fəaliyyət göstərmir, amma ABŞ Avropalı tərəfdaşları ilə birgə hərəkət edir - Dövlət Departamenti
26 Yanvar 2023
ATƏT-in Minsk Qrupu "artıq bir neçə müddətdir ki, fəaliyyət göstərmir", bunu çərşənbə günü Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays etiraf edib.
"Amma biz ikitərəfli, ATƏT vasitəsilə çoxtərəfli əsaslarla, tərəfdaşlarımız və tərəflərin özləri ilə birlikdə bu münaqişənin həlli üzərində işləməyə hazırıq", deyə o, Turan-ın Vaşinqtonun vasitəçilik səyləri haqqında suallarına cavabda bildirib.
Dağlıq Qarabağdan söhbət getdikdə, ABŞ Avropalı tərəfdaşları ilə "sıx əməkdaşlıq edir". "Bizim Avropalı tərəfdaşlarımızın müşahidə missiyaları var, onlar yerlərdədirlər. Biz onlarla məlumatları bölüşürük, onlar da eyni şeyi edir", deyə o qeyd edib.
"Biz Avropalı tərəfdaşlarımızla, lazım gələrsə, ATƏT vasitəsilə, effektiv olduğu hallarda birbaşa tərəflərlə sıx əməkdaşlığın davam etdirilməsini vacib hesab edirik. Biz dayanıqlı sülhə və gərginliyin azaldılmasına nail olmaq üçün səmərəli hesab etdiyimiz addımları atmağa davam edəcəyik", deyə Prays sözünə davam edib.
Praysın şərhləri Azərbaycan XİN-in mətbuat katibinin Vaşinqtonun Laçın dəhlizi ətrafında vəziyyətlə bağlı narahatlıqlarını təkzib etməsindən sonra səslənib.
"Hesab edirik ki, danışıqlar irəliyə aparan yoldur. Biz ilkin tələbat məhsullarından və yaşamaq üçün ərzaqlardan asılı olanların humanitar tələbatlarını təmin etmək üçün hərəkət azadlığını bərpa etməyə çağırdıq. Birləşmiş Ştatlar tərəfləri yaxınlaşdırmaq, onlar arasında dialoqu təşviq etməkvə dəhlizdən sərbəst hərəkətin tam bərpa edilməsinə şərait yaratmaq üçün əlindən gələni etməyə davam edəcək", deyə Prays bildirib.