Milli Məclis Vətən müharibəsinin ildönümü ilə əlaqədar bəyanat qəbul edib
30 Sentyabr 2021
Milli Məclisinin 2021-ci il payız sessiyasında Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar bəyanat qəbul edib.
Bəyanatda qeyd olunur ki, Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmış ərazisinin Ermənistan tərəfindən işğalına son qoyulmasını, dövlətimizin ərazi bütövlüyünün bərpasını təmin etmiş 44 günlük Vətən müharibəsinin başlanmasından 1 il keçir.
Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağ əsarətdən azad edilməsi son iki yüz ilə yaxın dövrdə xalqımızın məruz qaldığı torpaq itkiləri, etnik təmizləmələr və deportasiya silsiləsinə son qoymuş və onun tarixində yeni dövr açıb.
Bildirilir ki, Ermənistan Respublikasının heç bir tarixi və hüquqi faktlara söykənməyən əsassız ərazi iddiaları və təcavüzkarlıq siyasəti ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan Respublikası ərazisinin 20%-nin işğal olunmasına gətirib çıxarıb. Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazisində qəddarcasına etnik təmizləmə aparılıb, 1 milyon azərbaycanlı ata-baba yurdlarından qovulub. Azərbaycanlılara qarşı milli nifrət və düşmənçilikdən qaynaqlanan dəhşətli cinayət aktları həyata keçirilib, XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı, bir sıra digər soyqırımı əməlləri törədilib:
"Dörd ilə yaxın davam edən birinci Qarabağ müharibəsinin gedişində Ermənistan silahlı qüvvələri tərəfindən 20 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, 50 mindən çox adam yaralanmış və ya şikəst edilmişdir. 4750 nəfər əsir və itkin düşmüş, girov götürülmüşdür. 877 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır. İşğal olunmuş ərazilərdə Azərbaycanın tarixi, milli və mədəni irsi amansızlıqla məhv edilmişdir.
BMT Təhlükəsizlik şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrdə, eləcə də BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnamədə, bir sıra nüfuzlu beynəlxalq təşkilatların aktlarında Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi təsdiq edilmiş, Ermənistan silahlı qüvvələrinin işğal etdikləri ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilmiş, daimi yaşayış yerlərindən didərgin düşmüş insanların öz geri dönməsi hüququ təsdiq edilmişdir. Münaqişənin nizama salınması üçün vasitəçilik səyləri göstərən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin, yəni ABŞ, Rusiyanın və Fransanın dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir, dəyişməlidir və məsələ tezliklə öz həllini tapmalıdır. Təəssüf ki, münaqişənin həll edilməsi üçün Minsk Qrupunun və digər beynəlxalq təşkilatların göstərdikləri səylər Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi üzündən heç bir səmərə verməmişdir. Üstəlik bölgədə sülh və sabitlik yaradılmasında marağı olmayan xarici qüvvələrdən dəstək alaraq, Ermənistan Respublikası aparılan danışıqlar prosesini pozmaq və özgə torpaqlarının işğalını əbədiləşdirmək üçün davamlı cəhdlər göstərmişdir.
Beynəlxalq təşkilatların qətiyyətsizliyindən istifadə edən Ermənistan tərəfi 2016-cı ilin aprel ayında, 2020-ci ilin iyul və avqust aylarında Azərbaycan Silahlı Qüvvələrinin ön mövqelərinə hücum etmiş və dinc yaşayış məntəqələrini iriçaplı toplardan, raket qurğularından, zirehli texnikadan və atıcı silahlardan atəşə tutmuşdur. Bu təxribatlara cavab olaraq Azərbaycan Respublikasının gördüyü tədbirlər Ermənistan silahlı qüvvələrinin canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilər verməsinə gətirib çıxarmışdır. 2020-ci il sentyabrın 27-də növbəti təxribatdan sonra Azərbaycan Respublikası BMT-nin Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan istifadə etmiş və təcavüzkarı sülhə məcbur etmək, Azərbaycan torpaqlarının işğalına son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başlamışdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri ilk günlərdən Ermənistan silahlı qüvvələrini ağır məğlubiyyətə uğratmışlar.
Döyüş meydanında aciz durumda qalan Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarını və prinsiplərini, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı dəhşətli cinayətlər törətmişlər. Cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Mingəçevir, Bərdə, Tərtər, Qəbələ şəhərlərinə, Siyəzən, Xızı rayonlarına, digər yaşayış məntəqələrinə ballistik raketlər, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli mərmilər ilə edilən hücumlar müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdir.
Dinc yaşayış məntəqələrinə 227 raket və 30 minə yaxın mərmi atılmış, nəticədə 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilmiş, 450-dən çox insan yaralanmışdır.
Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən fərdi evlər və çoxmənzilli yaşayış binaları dağıdılmış və ya onlara ciddi ziyan vurulmuşdur.
Lakin bu qanlı hücumlar və vəhşilik əməlləri Azərbaycanı öz məqsədindən geri döndərə bilmədi. O dəhşətli günlərdə bütün xalqımız, o cümlədən Ermənistanın dövlət terrorizmi aktlarına məruz qalan dinc şəhərlərin sakinləri Ali Baş Komandanın ətrafında daha sıx birləşdilər.
Müharibə cinayətlərinin və insanlıq əleyhinə cinayətlərin qarşısının alınması üçün Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyatlar işğalçı qüvvələrə sarsıdıcı zərbələr endirilməsinə, onların minlərcə canlı qüvvəsinin, çoxlu sayda hərbi texnikasının və silahlarının məhv edilməsinə və ya qənimət götürülməsinə gətirib çıxardı. Ölkəmizin işğal altında olan ərazisinin böyük hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlar, Şuşa şəhəri, Suqovuşan və Hadrut qəsəbələri, ümumən 300-ə yaxın yaşayış məntəqəsi azad edildi.
Döyüş meydanında qazanılmış parlaq və möhtəşəm qələbə siyasi müstəvidə əldə edilən uğurlar ilə möhkəmləndirildi. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanat 30 ildən artıq davam edən münaqişəyə son qoyaraq, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yönələn fəaliyyətin yeni formatını təqdim etdi. Bəyanatın müddəalarına uyğun olaraq, Kəlbəcər, Ağdam və Laçın rayonları dinc yolla Azərbaycana qaytarıldı.
Azərbaycan BMT-nin, digər beynəlxalq təşkilatların münaqişəyə dair sənədlərinin icrasını faktiki təmin edərək, ərazi bütövlüyünün bərpasına nail olmuş, Cənubi Qafqaz bölgəsində yeni geosiyasi reallıq yaratmışdır. Azərbaycanın əzəli və tarixi torpağı olan Qarabağın həyatında yeni dövr – bərpa və quruculuq dövrü başlanmışdır.
30 illik işğal dövründə vandalcasına viran qoyulmuş torpaqlarda yaşayış məntəqələrinin bərpası layihələri həyata keçirilir, infrastruktur obyektləri qurulur, hava limanları, yollar, körpülər, tunellər, digər obyektlər inşa olunur, elektrik, su xətləri çəkilir. Məcburi köçkünlərin mümkün qədər tez müddətdə doğma yurdlarına qayıtması üçün şərait yaradılır.
Regionda dinc həyatın sahmana salınması, davamlı sülhün təmin edilməsi üçün Azərbaycanın lazımi addımlar atdığı bir vaxtda, təəssüf ki, Ermənistanda bəzi dairələr və onları dəstəkləyən qüvvələr revanşist planlar qurur, hərbi məğlubiyyətin əvəzini çıxmaq, Azərbaycan torpaqlarını yenidən işğal etmək, bir daha regionu fəlakət girdabına sürükləmək xəyalları ilə yaşayırlar. Müharibə başa çatdıqdan sonra Azərbaycan Respublikasının hakimiyyət orqanları Ermənistan Respublikasına dəfələrlə müraciət edərək, ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə böyük sülh müqaviləsi imzalamağı təklif etmişlər. Lakin qarşı tərəf müxtəlif bəhanələr gətirərək sülh təkliflərini qəbul etməkdən yayınmışdır.
Ermənistan Respublikası Azərbaycanla dövlət sərhədinin delimitasiya və demarkasiya olunmamasından istifadə edərək sərhəddə təxribatlar törədir, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət etdiyi Laçın dəhlizi vasitəsi ilə yaraqlıların və hərbi yüklərin daşınmasını təşkil edir, Azərbaycan Silahlı Qüvvələrinə qarşı müntəzəm təxribatlar törədir, müharibə başa çatdıqdan sonra yaxalanmış təxribatçıları hərbi əsirlər kimi qələmə verir, ölkəmizə qarşı qarayaxma kampaniyası aparır. Darmadağın edilmiş erməni ordusunun bərpası, təcavüzkar dövlətin müasir silahlar və hərbi texnika ilə təchiz edilməsi planları elan olunmuşdur. Qarabağ ərazisindən hələ də tam çıxarılmamışdır.
Ermənistan tərəfi işğal olunmuş Azərbaycan ərazilərində yüz minlərcə tank və piyada əleyhinə minalar basdırmış və israrlı tələbələrdən sonra minalanmış sahələrin kiçik bir hissəsinin xəritəsini vermişdir. Lakin məlum olmuşdur ki, həmin xəritə real vəziyyətin yalnız 25%-ni düzgün əks etdirir. Minalanmış bütün ərazilərin düzgün xəritələrini verməkdən imtina edilməsi Ermənistanın törətdiyi çoxsaylı müharibə cinayətlərindən biridir. Hərbi əməliyyatların başa çatmasından sonrakı dövrdə 159 insan, o cümlədən, mülki şəxslər Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaların partlaması nəticəsində həlak olmuş və yaralanmışlar.
Xüsusi narahatlıq doğuran cəhət budur ki, bəzi dövlətlər öz maraqlarını həyata keçirmək vasitəsinə çevirdikləri münaqişəyə son qoyulması ilə barışmaq istəmirlər. Bu dövlətlər öz bəyanatları və hərəkətləri ilə regionda sülh və sabitliyin bərqərar edilməsinə, əslində, mane olurlar. ATƏT-in Minsk Qrupunun səmərəsiz fəaliyyətinin bərpa edilməsinə cəhdlər göstərilir, Qarabağda 20-30 min erməninin yaşadığı əraziyə ayrıca status verilməsi barədə iddialar irəli sürülür.
Unutmaq lazım deyil ki, Azərbaycan Respublikası münaqişəni öz gücü ilə həll etmiş və əvvəlki formatda vasitəçilik səylərinə, əslində ehtiyac qalmamışdır. Digər tərəfdən, Azərbaycan qədim tolerantlıq ənənələrinə malik olan çoxmillətli unitar dövlətdir və burada bütün etnik qrupların nümayəndələri bərabərlik və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Bu ölkə bütün Azərbaycan vətəndaşlarının ümumi və bölünməz vətənidir. Qarabağda yaşayan ermənilər Azərbaycanın digər vətəndaşları ilə eyni hüquq və azadlıqlara malikdirlər və onlara hər hansı statusun verilməsindən söhbət gedə bilməz".
Milli Məclis ümid etdiyini bildirir ki, uzun illər ərzində qanlı münaqişədən əziyyət çəkmiş Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında daimi sülhün bərqərar edilməsi, sivil dövlətlərarası münasibətlərin qurulması, bu dövlətlərin ərazisində Azərbaycan və erməni xalqlarının nümayəndələrinin dinc yanaşı həyatının təmin edilməsi üçün yaranmış tarixi imkan lazımınca dəyərləndiriləcəkdir. Azərbaycan Respublikası bölgənin bütün etnik qrupların nümayəndələrinin firavanlıq şəraitində yaşadıqları sülh, sabitlik və inkişaf məkanına çevrilməsi üçün özündən asılı olan bütün tədbirləri görməkdə davam edəcək.