Logo
news content
User
Kateqoriyalar

Xəbər

Metroda və avtobusda mobil tətbiqlə ödəniş mümkün olacaq

Bakı metropoliteninin iki stansiyasında avtobuslarda nağdsız ödəniş üçün hazırlanan yeni mobil tətbiqin QR kodu vasitəsilə ödənişin tətbiqi nəzərdə tutulur.

Bunu "K Group" MMC-nin ("BakıKart"ın operatoru) direktoru Orxan Bayramov avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiqin təqdimatı ilə bağlı keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır: "Tətbiqin QR kodu ilkin olaraq təzə stansiyalarda mümkün olacaq".

O. Bayramov vurğulayıb ki, avtobuslarda tətbiq vasitəsilə ödəniş isə onu tam istifadəyə veriləndən sonra olacaq.