Logo
news content
User
Kateqoriyalar

Xəbər

Messiyə 100 milyon avroluq yeni müqavilə təklifi

Fransanın PSJ klubu futbolçusu Lionel Messini heyətində saxlamaq istəyir.

Bu barədə jurnalist Fransua Qallardo sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, Paris təmsilçisi 36 yaşlı hücumçuya 1+1 illik 100 milyon avro maaşla yeni müqavilə təklif etməyə hazırdır.

Qeyd edək ki, təcrübəli oyunçunun sözləşməsi yayda başa çatacaq. Argentinalı forvard cari mövsüm komanda ilə bütün turnirlərdə 39 matça çıxıb, 20 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.