Logo
news content
User
Kateqoriyalar

Xəbər

Messi üçün bədbin proqnoz: O daha lazım deyil...

Polşa millisinin sabiq baş məşqçisi Antoni Pexniçek Lionel Messinin 2022-ci il dünya çempionatında Argentina millisinə nə qədər faydalı ola biləcəyinə toxunub.

Xatırladaq ki, argentinalılar Qətərdə keçiriləcək futbol yarışında Polşa, Meksika və Səudiyyə Ərəbistanı ilə bir qrupda yer alıb.

Levandovski ilə Messinin meydandakı rəqabətindən danışan mütəxəssis bildirib ki, artıq səmimi olmağın zamanı yetişib.

“Messi artıq “meşə babası”na çevrilib. İndi bu, bir neçə il əvvəlki oyunçu deyil. Onun Qətərdə keçiriləcək dünya çempionatında hansı rolu oynayacağı hələlik bəlli deyil. İstisna deyil ki, indiki forma ilə Messi Argentina millisinin ehtiyat oyunçular skamyasında otursun. O, Zlatan İbrahimoviçin İsveç millisində oynadığı rolu oynaya bilər. Yalnız son 15-20 dəqiqədə əvəzedici kimi meydana çıxıb komandasına öz təcrübəsi ilə fayda verə bilər. PSJ-də çıxış edən Messini izlədikcə anlayırsan ki, bu artıq əvvəlki futbolçu deyil”, - 79 yaşlı futbol mütəxəssisi vurğulayıb.