Məsim Məmmədov Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin edilib - FOTO
28 Mart 2023
Məsim Əhməd oğlu Məmmədov “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilmiş Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Pressklub.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
M.Məmmədov bu təyinatadək iqtisadiyyat nazirinin müşaviri vəzifəsini tutub.
O daha əvvəl də bir sıra yüksək vəzifələrdə çalışıb. Məsim Məmmədov Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət, təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri kimi də fəaliyyət göstərib.